Xəbər lenti

Fransa Parlamentində Ukraynaya dəstək, Rusiya aktivlərinin müsadirəsi - Qətnamə
Dünya 13:22 13.03.2025

Fransa Parlamentində Ukraynaya dəstək, Rusiya aktivlərinin müsadirəsi - Qətnamə

Fransa Milli Assambleyası Ukraynaya dəstəyin artırılması və dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması ilə bağlı qətnamə qəbul edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro" yazır.  

Sənəd parlamentdə qızğın müzakirələrə səbəb olsa da, 288 deputat qətnamənin lehinə səs verib.  

Bundan əlavə, 54 deputat əleyhinə səs verib – bunlar ultrasolçu "Tabe Olmayan Fransa" və kommunistlər olub. Ultrasağçı "Milli Birlik" isə bitərəf qalıb.  

Bu qətnamə əsasən simvolik xarakter daşıyır, lakin deputatlar onun hökumətin mövqeyinə təsir göstərəcəyinə ümid edir. Hazırda Fransa hökuməti Rusiya aktivlərinin müsadirəsinə qarşıdır.  

Qətnamənin əsas məqamları  

- Aİ, NATO və digər müttəfiqlər Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi artırmağa çağırılır.  
- Aİ-yə müstəqil Avropa müdafiə sistemi qurmağa çağırış edilir.  
- Dondurulmuş rus aktivlərinin dərhal müsadirə edilərək Ukraynanın müdafiəsi və bərpası üçün istifadə olunması tələb edilir.  
- Aİ ölkələrindən Rusiya qazının idxalını dayandırmaq tələb edilir.  
- Sülh müqaviləsi imzalanacağı halda Ukraynada Fransa hərbi qüvvələrinin yerləşdirilməsi müzakirə edilib.  
Qətnamənin son versiyasında Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsinin mümkünlüyünü öyrənmək üçün Fransa hökumətinə və Avropa tərəfdaşlarına çağırış edilir.  

Rusiya aktivləri ilə bağlı digər təşəbbüslər  

Finlandiya Prezidenti Aleksander Stubb da "Rusiya aktivlərindən dərhal istifadə edilməlidir" ideyasını dəstəkləyib.  

Bundan əvvəl onlarla Avropa deputatı Belçikadan öz yurisdiksiyası altında dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi tələb etmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->