Xəbər lenti

Azərbaycanlılar Türkiyədən mənzil alışında ilk 4-lükdə - Nə qədər alıblar?
Ekonomiks 14:23 13.03.2025

Azərbaycanlılar Türkiyədən mənzil alışında ilk 4-lükdə - Nə qədər alıblar?

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, bu ilin fevral ayında əcnəbilərə 1 457 mənzil satılıb.

Qaynarinfo xəbər verir ki, fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 87 mənzil  əldə edib və ən çox mənzil alan 10 ölkə arasında 4-cü sırada qərarlaşıb. 

Qeyd edək ki, bu göstərici yanvar ayında 50, ötən ilin dekabrında isə 110 olub. 

Yanvarda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 256 mənzil. Onları 133 mənzillə İran, 99 mənzillə İraq vətəndaşları izləyib.

Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (539 mənzil), Antalya (503 mənzil) və Mersin (89 mənzil) daxil olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->