Xəbər lenti

Karbon tərkibli asteroidlərin Yerə çatmamasının sirri açıldı
Dünya 23:17 22.04.2025

Karbon tərkibli asteroidlərin Yerə çatmamasının sirri açıldı

Alimlər kosmosun ən sirli suallarından birinə (niyə karbonla zəngin asteroidlər Yerə nadir hallarda düşür?) nəhayət aydınlıq gətiriblər. Halbuki bu növ asteroidlər kosmosda kifayət qədər geniş yayılıb. 

Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir ki, bu kəşf Günəş sisteminin formalaşması və həyat üçün zəruri olan əsas maddələrin Yerə necə çatdığı barədə təsəvvürləri dəyişə bilər.

Məlum olub ki, karbon əsaslı kosmik daşların əksəriyyəti Yer atmosferinə çatmazdan əvvəl parçalanır. Alimlərin fikrincə, bu məmulatlar, Günəşə yaxın keçdikləri zaman dəfələrlə yüksək temperatura məruz qalaraq tədricən dağılır.

Kertin Universitetinin Yer və planet elmləri fakültəsinin tədqiqatçısı və araşdırmanın həmmüəllifi Adriyen Devilpua bu barədə deyib:

"Uzun müddət idi ki, zəif karbon tərkibli materialların atmosferə giriş zamanı dağılacağını ehtimal edirdik. Amma bu tədqiqat göstərdi ki, onların çoxu hələ atmosferə çatmadan, Günəşə yaxın keçidlər zamanı təkrar-təkrar qızaraq məhv olur".

Halbuki Günəş sistemində, həm asteroid qurşağında, həm də Yerə yaxın bölgələrdə karbon tərkibli asteroidlər kifayət qədər çoxdur. Təxminlərə görə, Yerə düşən meteoritlərin təxminən yarısı bu tipə aiddir. Lakin Yer üzərində aşkarlanan meteoritlər arasında onların payı cəmi 4% təşkil edir.

Alimlər bu fenomeni araşdırmaq üçün 39 ölkədə fəaliyyət göstərən 19 bolid müşahidə şəbəkəsindən əldə olunmuş məlumatları təhlil ediblər. Onlar 7.982 meteoroid trayektoriyasını və 540 ehtimal olunan meteorit düşməsini araşdırıblar.

Tədqiqatın baş müəllifi, Paris Rəsədxanasının əməkdaşı doktor Patrik Şober bildirib ki, karbon tərkibli meteoritlər kimyəvi cəhətdən ən ilkin və saf kosmik materiallar sayılır:

"Onlar su, üzvi molekullar və hətta amin turşuları da daxil olmaqla həyat üçün əsas olan komponentləri daşıyır".

Bu tapıntı təkcə kosmosda hansı obyektlərin Yerə çatdığı barədə məlumat vermir, həm də həyatın necə yarandığını və Yer üzərindəki ilkin şəraitin necə formalaşdığını daha yaxşı anlamağa kömək edir.

Alimlər qeyd edirlər ki, bu nəticələr asteroidlərin Yerlə toqquşma ehtimallarının qiymətləndirilməsinə də təsir göstərə bilər. Xüsusilə, planetlərə yaxınlaşarkən cazibə qüvvəsi ilə parçalanan və "gelgit məhvi" adlanan hadisələrlə yaranan meteoroidlər, xüsusilə kövrək olur və demək olar ki, heç vaxt Yer səthinə bütöv şəkildə çatmır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->