Xəbər lenti

Borudan televizora qədər... - Bağ evindən oğurluq
Ölkə 22:47 22.04.2025

Borudan televizora qədər... - Bağ evindən oğurluq

Mərdəkanda oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, sözügedən qəsəbədə yerləşən bağ evlərindən birindən dəmir borular oğurlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, oğurluq əməlini 54 yaşlı F.C. törədib.

İstintaq çərçivəsində aydınlaşıb ki, F.C. yalnız dəmir boruları deyil, həm də 2 ədəd "LG" markalı kondisioner, 1 ədəd "Minski" markalı soyuducu, 1 ədəd kombi, 2 ədəd "Shivaki" markalı televizor, 1 ədəd "Dell" markalı kompüter və təxminən 1000 manat dəyərində qarışıq antik qabları oğurlayıb.

Faktla bağlı F.C.-yə qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq törətmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.

Cinayət işi Xəzər Rayon Məhkəməsində araşdırılıb. Məhkəmədə F.C. özünü təqsirli bilib və qeyd edib ki, oğurladığı dəmir boruları 52 manata metal qəbulu ilə məşğul olan şəxsə satıb. Lakin digər əşyaların taleyi ilə bağlı məlumat verməyib.

Məhkəmənin qərarı ilə F.C. təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->