Xəbər lenti

İşğaldan azad edilmiş ərazilərdə analar üçün psixososial dəstək təlimləri başlayacaq
Ölkə 12:04 25.06.2025

İşğaldan azad edilmiş ərazilərdə analar üçün psixososial dəstək təlimləri başlayacaq

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsinə start verib.  

Qaynarinfo xəbər verir ki, layihə çərçivəsində iyul-avqust aylarında Laçın, Zəngilan və Cəbrayıl rayonlarında analar üçün psixososial dəstək məqsədli təlimlər keçiriləcək. 

Layihənin əsas məqsədi post-münaqişə dövründə bölgədə yaşayan anaların psixoloji dayanıqlığını artırmaq, ailə və icma içində onların rolunu gücləndirmək və məktəbəqədər yaşlı uşaqların inkişafında anaların iştirakını stimullaşdırmaqdır.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri, layihənin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, təlimlərdə Laçın, Zəngilan və Cəbrayıla yeni köç edən analar və onların övladları iştirak edəcək. Təlimlər çərçivəsində valideynlərə aşağıdakı istiqamətlər üzrə praktik bilik və bacarıqlar təqdim ediləcək:

* Məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun gücləndirilməsi;
* Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək;
* Analar üçün stressin idarə olunması və psixoloji sağlamlığın qorunması;
* Sağlam ailə mühitinin yaradılması: milli dəyərlər və mənəvi inkişaf;
* Ailə və icma əlaqələrinin gücləndirilməsi;
* Məktəbəqədər təhsil modellərinin inkişafı və onların icmalarda tətbiqi.

Keçiriləcək təlimlərdə qadınlar həm nəzəri bilgilərlə tanış olacaq, həm də interaktiv məşğələlər vasitəsilə öz təcrübələrini bölüşərək bir-birlərindən öyrənmək imkanı qazanacaqlar.

Təlim proqramınını təlimçilər -  psixoloq Sevda Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Mirəziz həyata keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->