Xəbər lenti

İkibaşlı səhiyyə, kasıblar üçün aptek və deputatın islahat anlayışı...
Ölkə 15:59 11.04.2023

İkibaşlı səhiyyə, kasıblar üçün aptek və deputatın islahat anlayışı...

"Tahir Kərimlinin pulu varsa, qoy Ağsuda bir kasıb apteki açsın, rayonun kasıbları da bəhrələnsin”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında həkim Səxavət Əlisoy Milli Məclisin deputatı Tahir Kərimlinin "Kasıblar üçün ucuz aptek açılsın” təklifinə münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, əhalinin kasıb təbəqəsi üçün aptek, yeməkxana, qocalar pansionu açmaq messenatların işidir:
 
"Tahir Kərimli 70 yaşında da populizmdən əl çəkmir. Bəlkə də "Girdmançay deltası”ndan ləl-cəvahirət tapıb, onu bilmirəm. Tahir bəydən soruşmaq istəyirəm, başqa bir ölkədə ikibaşlı səhiyyəyə rast gəlibmi? Bizdə səhiyyənin iki başı var - Səhiyyə Nazirliyi və TƏBİB”. 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli kasıblar üçün ucuz aptek açılması təklifi ilə çıxış edib. Deputat "Azərbaycanda əhalinin 10-15 faizi zəngin, bir o qədəri orta təbəqədirsə, yerdə qalanlar kasıbdır. Əhalinin kasıb təbəqəsi üçün apteklər açaq, onlar gedib ucuz qiymətə dərman ala bilsinlər. Çünki Tarif Şurasından bir dəfə qiymətlərin azaldılmasını görmədik, ancaq qiymət bahalaşması qərarları verilir”, deyə deputat əlavə edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->