Xəbər lenti

Fransisk sonuncu Papa ola bilər: Dəhşətli öngörmə dünyanın sonundan xəbər verir
Dünya 15:17 21.04.2025

Fransisk sonuncu Papa ola bilər: Dəhşətli öngörmə dünyanın sonundan xəbər verir

Papa Fransiskin ölümü XII əsrin irland yepiskopu Müqəddəs Malaxiyə aid edilən sirli qədim sənəd – "Papalar haqqında peyğəmbərliy”ə marağı yenidən alovlandırıb. 

Qaynarinfo "Euronews”a istinadla yazır ki, bu sənəddə dünyanın sonu və sonuncu pontifik – məhz Papa Fransisk barədə xəbərdarlıq edilir.

"Prophetia Sancti Malachiae Archiepiscopi, de Summis Pontificibus" (Müqəddəs arxiyepiskop Malaxiyanın ali pontifiklər haqqında peyğəmbərliyi) adlı kitab 1590-cı ildə benedikt rahibi Arnold Vin tərəfindən Vatikan arxivlərində tapılıb. Kitabda II Selestindən başlayaraq hər bir papanın dövrünü əhatə etdiyi düşünülən 112 latınca aforizm yer alır.

Papa V Sikst ilə bağlı hissə belə səslənir:
"Əlamətin ortasında ox"

Bu ifadə papaların ardıcıllığının ortasını göstərmək kimi yozulur – Sikstin hakimiyyətindən əvvəl və sonra 442 il. Bu məntiqə əsasən, dünyanın sonu 2027-ci ildə baş verməlidir.

Kitabın sonuncu hissəsində belə xəbərdarlıq var:

"Müqəddəs Roma Kilsəsinin son təqibi zamanı Romalı Pyotr hakimiyyətə gələcək. O, saysız-hesabsız iztirablar içində sürüsünü otaracaq. Bundan sonra yeddi təpəli şəhər məhv ediləcək və dəhşətli Hakim insanları mühakimə edəcək. Son".

Burada "yeddi təpəli şəhər" açıq şəkildə Roma kimi yozulur. Bəzi yozumlara görə, "Romalı Pyotr" konkret bir şəxs deyil, papalıq institutunun simvolik sonunu ifadə edir. Yəni bu baxış bucağından Fransisk sonuncu Papa ola bilər.

Bu öngörənlik bir sıra yazıçılara da ilham verib. Onu Stiv Berrinin "Üçüncü sirr” və Ceyms Rollinsin "Qiyamət açarı” romanlarında da görmək mümkündür.

Lakin alimlər bu öngörənliyə skeptik yanaşır, onu XVI əsrdə siyasi məqsədlərlə hazırlanmış saxtakarlıq hesab edirlər. Onlar eyni zamanda Müqəddəs Kitabdan bu sözləri xatırladırlar:

"O gün və o saat haqqında nə göydəki mələklər, nə Oğul, yalnız Ata bilir" (Matta 24:36).

Xatırladaq ki, Roma Papası Fransisk 88 yaşında vəfat edib. Bildirilir ki, o, 2025-ci il aprelin 21-də – Pasxa bazar ertəsi günü, Vatikanın Santa-Marta iqamətgahında dünyasını dəyişib.

Müqəddəs Roma Kilsəsinin kamarlenqi kardinal Kevin Farrel bu sözlərlə Papa Fransiskin ölümünü elan edib:  

"Əziz qardaşlar və bacılar, dərin hüznlə Müqəddəs Atamız Fransiskin ölümünü bildirməliyəm. Bu gün səhər saat 7:35-də Roma yepiskopu Fransisk Atanın evinə qayıtdı".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->