Xəbər lenti

Davos forumunun qurucusu - Məşhur qlobalist istefa verdi
Dünya 15:59 21.04.2025

Davos forumunun qurucusu - Məşhur qlobalist istefa verdi

Dünyanın biznes və siyasi elitasını hər il İsveçrənin Davos dağ kəndində bir araya gətirən Dünya İqtisadi Forumu (DİF) qurucusu Klaus Şvab idarə heyətinin sədri vəzifəsindən istefa verib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə məlumat bazar ertəsi qurum tərəfindən açıqlanıb.

Cenevrədə yerləşən təşkilat bu ayın əvvəlində 87 yaşlı Şvabın vəzifəsini tərk edəcəyini bildirmişdi, lakin konkret vaxt göstərilməmişdi.

"Son açıqlamamdan sonra və 88-ci yaşımın astanasında sədr və İdarə Heyətinin üzvü vəzifələrindən dərhal qüvvəyə minmək şərti ilə istefa vermək qərarına gəldim”, – deyə Şvab DİF tərəfindən yayımlanan bəyanatda bildirib.

Bəyanata əsasən, DİF-in idarə heyəti aprelin 20-də keçirilən fövqəladə iclasda Şvabın istefasını qəbul edib və sədr müavini "Piter Brabek-Letmat" müvəqqəti sədr təyin olunub.

Gələcək sədrin müəyyən edilməsi üçün xüsusi komitə yaradılıb.

Şvab 1971-ci ildə DİF-i siyasətçilər və aparıcı korporativ rəhbərlərin qlobal problemləri müzakirə etməsi üçün platforma yaratmaq məqsədi ilə təsis etmişdi.

Qloballaşmanın əsas tərəfdarlarından biri kimi tanınan DİF-in Davosda keçirilən illik toplantıları son illərdə tənqidçilər tərəfindən elitist və sadə insanlardan uzaq olmaqda ittiham olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->