"London görüşü mövqelərin yaxınlaşması baxımından əhəmiyyətli olacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Ukrayna nümayəndələri arasında bu həftə Londonda keçirilməsi gözlənilən görüşü şərh edərkən deyib:
"Bu görüş Ukrayn üçün problemin aktuallaşdırılması baxımından növbəti fürsətdir. Güman ki, sözügedən məsələdə Aİ, Böyük Britaniya və ABŞ arasında konsolidasiya əldə olunsun. Bu heç də onların tam olaraq razılaşacaqları anlamna gəlmir. Amma mövqeləri yaxınlaşacaq. Buna əsas kimi də Putinin atəşkəs razılaşmasını manipulyasiya etməsi göstərilir”.
Həmsöhbətimiz güman edir ki, məsələyə münasibətdə ABŞ-ın mövqeyində də dəyişmə baş verəcək:
"Onlar hər nə qədər Ukraynanı güzəştli mövqeyə gətirməyə çalışsalar da, ortada Kiyevin qəti mövqeyi var. Kiyev hətta Vaşinqtonun mövqeyi dəyişməsə, danışıqlarda ABŞ-ı kənarda saxlamağa məcbur da ola bilər. London görüşündə Ukraynaya daha mahiyyətli dəstək paketi nəzərdə tutulacaq. Çünki Rusiyanın sərgilədiyi mövqe Aİ və Ukrayna tərəfindən qəbul edilmir. Bu, ABŞ-ın özünə də sərfəli deyil. Ona görə də London görüşündə nəhayət tərəfələrin mövqelərinin tədrici yaxınlaşmasının şahidi olacağıq. Artıq müharibənin pik həddidir. Putini masaya oturmağa məcbur etmək üçün Rusiyanı ciddi itkilərə məruz qoymaq lazımdır. Güman ki, Londonda toplaşanlar bu istiqamətdə də mövqeləri yaxınlaşdıracaqlar”.
Qeyd edək ki, bu həftə Londonda ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Ukrayna nümayəndələri arasında növbəti görüş olacaq.
Londonda keçiriləcək görüşdə ABŞ-ı Prezidentin xüsusi nümayəndəsi Uitkoff, dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq təmsil edəcək. Tərəflər arasında bundan əvvəlki görüş keçən həftə Parisdə baş tutmuşdu.
Rüfət Sultan
Şərhlər