Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) İnzibati və təsərrüfat işləri üzrə prorektor təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rəhimli Səftər Mikayıl oğlu sözügedən vəzifəyə təyinat alıb.
Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının 4 ilə yaxındır rektoru yoxdur. Nailə Məmməd-Zadə 2022-ci ildən bugünə qədər akademiyanın tədris işləri üzrə prorektorudur, o, həmçinin rektor vəzifəsini icra etməkdədir.
Aydın
Şərhlər