Roma Papası Fransisk vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.
Roma Papası 88 yaşında vəfat edib.
Qeyd edək ki, o, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmaniya xəstəliyindən əziyyət çəkirdi.
Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.
Şərhlər