Xəbər lenti

İsmayılovun kreslosu uğrunda mübarizə: 4 namizədin adı bəlli oldu
Siyasət 17:32 21.04.2025

İsmayılovun kreslosu uğrunda mübarizə: 4 namizədin adı bəlli oldu

Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun vəzifəsi uğrunda mübarizə aparacaq 4 namizədin adı bəlli olub.

Qaynarinfo-nun partiyaya yaxən mənbədən əldə etdiyi məlumata görə, mayın 17-də keçiriləcək qurultayda Meydan Babayev, Vüsalə Dadaşova, Elçin Qurbanov və Mütəllim Rəhimli sədrliyə namizədliyini irəli sürəcək. 

Adıçəkilən partiya üzvlərindən yalnız qurumun təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli öz namizədliyini açıq şəkildə elan edib. Qalan 3 namizəd isə qurultayda daha çox səs almaq üçün üzvlər arasında təbliğata başlayıb. 

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov bu il fevralın 17-də 87 yaşında vəfat edib. 

Bahar Rüstəmli


Meydan Babayev


Vüsalə Dadaşova


Elçin Qurbanov


Mütəllim Rəhimli 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->