Xəbər lenti

Ekonomiks 16:37 21.04.2025

"Qafqaznet" FHN-nin daha bir tenderinin qalibi oldu

İKT sahəsində fəaliyyət göstərən "Qafqaznet" şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin bu dəfə qalibi gəldiyi müsabiqəni "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu keçirib.

Kompüter və digər avadanlıqların satın alınması ilə bağlı müsabəqinin qalibi olan "Qafqaznet" şirkəti ilə 30 650,97 manat dəyərində satınalma müqaviləsi bağlanacaq. İnstitut bu məbləğə kompüter, monitor, UPS və bu kimi İKT məhsulları almağı planlaşdırır. 

"Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. "Qafqaznet"in qanuni təmsilçisi isə Namazov Əmrah Şofir oğludur. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatrından aydın olur ki, Əmrah Namazov cari ayın əvvəllərində şirkətin rəhbərliyinə gətirilib. Ondan əvvəl isə "Qafqaznet"i Əhmədov Xəyal Əkbər oğlu təmsil edib. 

Dövlət satınalmalarının vahid interent portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Qafqaznet" şirkəti satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) və ona tabeli qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilir. Yeri gəlmişkən, "Azkommunlayihə" Layihələndirmə İnstitutu da FHN-nin strukturuna daxildir. 

"Qafqaznet"in FHN və ona tabeli qurumların keçirdiyi müsabiqələrdə qalib gəlməsi təsadüfi deyil. Mediada yer alan və indiyə qədər təkzib olunmayan məlumatlardan aydıln olur ki, şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan biznes subyektidir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->