Xəbər lenti

Fərid Məmmədov “Kapital Bank”ın Müşahidə Şurasının sədri seçildi
Ekonomiks 15:10 18.03.2025

Fərid Məmmədov “Kapital Bank”ın Müşahidə Şurasının sədri seçildi

Uğurlu korporativ idarəetmə strategiyasına malik olan "Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub.

Bu barədə Qaynarinfo Banker.az-a istinadən xəbər verir.

Belə ki, "Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən "Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib. 

Qeyd edək ki, Fərid Məmmədov daha öncə "Kapital Bank”ASC-də İdarə Heyətinin sədrinin birinci müavini, "PAŞA İnvestments” MMC-də Müşahidə Şurasının üzvü, "PAŞA Sığorta” ASC və "PAŞA Həyat Sığorta” ASC-də Direktorlar Şurasının sədri, "PAŞA Bank Gürcüstan”da  Müşahidə Şurasının sədri, "Paşa  Bank Türkiyə”-də İdarə Heyətinin sədr müavini, "Paşa Bank” ASC-də Müşahidə Şurasının üzvü, "PAŞA Holding” MMC-də Risk Departamentinin direktoru kimi bir çox məsul vəzifələrdə çalışıb.

O, bakalavr təhsilini prezident yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə alıb. MBA dərəcəsinə İspaniyada yerləşən "IE Business School” da yiyələnib. Qeyd edək ki, Fərid Məmmədov nüfuzlu CFA kvalifikasiyasına sahibdir. 

Beləliklə "Kapital Bank”ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı strukturdan ibarətdir: 

Məmmədov Fərid Usad oğlu – Müşahidə Şurasının sədri

Qasımov Cəlal Ələkbər oğlu – Müşahidə Şurasının üzvü

Alexey Marey – Müşahidə Şurasının üzvü 

Həsənov Oqtay Arif oğlu – Müşahidə Şurasının üzvü

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->