Xəbər lenti

Bazarda satılan tərəvəz zərərlidir? (AÇIQLAMA)
Sağlamlıq 12:35 18.03.2025

Bazarda satılan tərəvəz zərərlidir? (AÇIQLAMA)

"Bu gün heç bir əkin sahələrində nəzarət yoxdur. Sahibkarlar bir hektar qarpız və pomidor sahələrinə bir ton gübrə səpirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bir gecədə göyərtinin çürüməsinin səbəblərini açıqlayarkən deyib. 

Onun sözlərinə görə, bir hektar sahəyə 40 kiloqram azot verilməlidir:

"Bu gün bazarlarda satılan göyərtilərin bir gecədə xarab olmasının səbəbləri var. Göyərtini bir gecədə çürüdən kimyəvi maddələrdir. Bütün əkinçilər bir-biri ilə yarışa girib, daha çox məhsul qazanmaq üçün hər bir yola əl atırlar. "Bazara birinci biz girməliyik” bütün əkinçilərin şüarı olub. Əkinci göyərtinin toxumunu səpəndə birinci onu bazara tez çıxarmağın yolunu çızır. Onun üçün keyfiyyət, kəmiyyət söhbəti kənarda qaldı. Əkinçi deyir ki, necə edim ki, göyərtinin boyu 10 günə qalxsın və tez də satım".

Anar Abbasov bildirib ki, sahibkarlar göyərtinin inkişafını dəyişdirirlər, ona kimyəvi maddələr qatmaqla bitkilərin böyümə balansını pozurlar: 

Bitkilərin böyümə balansı var. Keşniş, şüyüd 50-55 günə yetişir. Amma sahibkarlar bunun balansını pozurlar. Xüsusən də gecələr ona günəş əvəzi damma şüaları verirlər. Həmin şüalardan sonra göyərti 15-20 günə bazara çıxır. Biz birinci göyərtini çıxardanda onlar artıq ikincini bazara təhvil verir".

Anar Abbasov təəssüf hissi ilə bu maddələrin insan səhhətinə zərərli olduğunu açıqlayıb: "İnsan bunu yeyir və beləliklə kimyəvi qatqılarla millətin genofondunu məhv edirik. Bizim davamız bududr. Ölkəyə xüsusi maddələr gətirilir ki, heç birinin tərkibi bilinmir”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->