Xəbər lenti

Əhalinin nəzərinə - Bu gündən dayandırılacaq
Ölkə 09:00 15.04.2025

Əhalinin nəzərinə - Bu gündən dayandırılacaq

Bu gündən Bakı şəhəri və bəzi rayonlarda istilik verilişi dayandırılır

Qaynarinfo-nun məlumatına görə, cari mövsüm "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binası, 184,500 minə yaxın mənzil, 286 orta məktəb, 158 uşaq bağçası, 150 səhiyyə müəssisəsi, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlər istiliklə təmin edilib. 

Cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təchiz olunması may ayının 1-nə qədər davam edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->