Xəbər lenti

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq
Ölkə 19:52 16.04.2025

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->