Xəbər lenti

ABŞ-da qeyri-adi cinayətkar: Hind quşu polisə meydan oxuyur
Dünya 18:08 16.04.2025

ABŞ-da qeyri-adi cinayətkar: Hind quşu polisə meydan oxuyur

Nyu-Yorkun Manhetten bölgəsində bir neçə gündür polislər bir hind quşunu tutmağa çalışır, lakin Rosi adlı bu qeyri-adi "cinayətkar" təhlükəsizlik qüvvələrinə ciddi çətinliklər yaşadır. 

Qaynarinfo "New York Post"a istinadən xəbər verir ki, dəfələrlə qəza riski yaradan, insanları qorxudan və şəhərin hərəkətini pozan bu quş artıq şəhərin "ulduza" çevrilib.

Son günlərdə Rosi Manhettendə elitar yaşayış binalarının eyvanlarında məskunlaşıb, 58-ci küçədə yol hərəkətini iflic edib, hətta polis maşınının üzərindən uçaraq qaçmağı bacarıb.

Çərşənbə axşamı səhəri, 15 nəfərlik polis qrupu onu mühasirəyə almağa çalışsa da, quş ağacların arasına çəkilib, təqibçilərindən ustalıqla yayınaraq, sanki şəhər taktikasını əzbər bilir.

Hadisə sosial şəbəkələrdə məzəli şərhlərlə qarşılanıb. Yerli sakin Aleksandra D’Alessandro deyir:

"Məni bir kişi təqib edəndə polisə zəng etdim, dedilər ki, nəsə olsa, yenə zəng edin. Amma bir hind quşu üçün bu qədər polis göndərilir! Bu, tamamilə Nyu-Yorkdur!".

Uzunmüddətli şəhər həyatı hətta belə dözümlü və ağıllı bir vəhşi quş üçün də təhlükəlidir. Ornitoloqlar bildirir ki, beton şəhər mühiti və daimi stress Rosi-nin sağlamlığına zərər vurur:

"O artıq qidalanma rejimini pozub, gərginlik onun davranışlarını dəyişir", deyə mütəxəssislər xəbərdarlıq edirlər.

Hazırda yerli idarələr quşu təhlükəsiz şəkildə tutmaq və təbiətə qaytarmaq üçün ornitoloqlarla birgə plan hazırlayır.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->