Xəbər lenti

Deputat:
Ölkə 12:55 11.04.2023

Deputat: "Bir dəfə eşitmədik ki, Tarif Şurası qiyməti aşağı salsın, daim qaldırır"

"Ömrümüzdə bir dəfə eşitmədik ki, Tarif Şurası qiyməti aşağı salsın. Daim qiyməti qaldırır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. 

Deputat qeyd edib ki, mümkünsə bütün əhaliyə, mümkün deyilsə, şəhid, qazi ailələrinə, kasıb təbəqəyə müəyyən dərman vasitələri pulsuz verilsin.

"Bunun üçün dövlət öz apteklərini açsın. Yaxud orada lazımi dərmanlar ucuz qiymətə satılsın”, deyə Tahir Kərimli qeyd edib.

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->