Türkiyənin sabiq xarici işlər naziri, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu 93 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu haqda İHA məlumat yayıb.
Onun bir müddətdir Alanya Təhsil və Araşdırma Xəstəxanasında müalicə aldığı qeyd edilib. Məlumata görə, O.Çavuşoğlu bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Şərhlər