Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?
Azərbaycanda bankların POS-terminallara görə tətbiq etdiyi xidmət haqları yüksək olaraq qalır. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu vəziyyət bir sıra xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağın azalmasına səbəb olur.
Deputatın sözlərinə görə, banklar tərəfindən POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlərə görə 1.4-1.8 faiz aralığında komissiya haqqı tutulur. O qeyd edir ki, plastik kartlarla illik dövriyyə 25 milyard manata yaxın olduğuna görə, yalnız POS-terminal komissiyalarından bankların illik gəliri 368 milyon manata çatır. Bu isə sahibkarlar üçün əlavə xərc yaradır.
İqtisadçı Eyyub Kərimli isə, komissiya haqlarının yüksək olmasının sahibkarların nağdsız ödənişdən yayınmasının yeganə səbəbi olmadığını bildirir:
"Sözsüz ki, bəzi sahibkarlar dövriyyəni vergi orqanlarından yayındırmaq məqsədilə nağdsız ödənişdən qaçır. Digər tərəfdən, ölkəmizdə bankların xidmət haqları çox yüksəkdir. Bəzən bu faizlər 2-yə, hətta ümumilikdə 4 faizə qədər yüksəlir. Nəticədə, sahibkarlar ciddi maliyyə itkisinə məruz qalırlar".
Bəs beynəlxalq təcrübədə POS-terminallara görə komissiya haqları necə tənzimlənir və Azərbaycanda bu faizlərin azaldılması üçün hansı addımlar atılmalıdır?
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər