ABŞ Dövlət Departamenti dünyanın digər ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatlarını hazırlayarkən insan haqlarına münasibətini dəyişəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə NPR agentliyi idarənin rəsmi daxili sənədinə istinadən məlumat yayıb.
Sənəddən görünür ki, hesabatlarda dünya dövlətlərini hərəkət azadlığından, dinc toplaşmaq hüququndan, siyasi məhbusların mövcudluğundan və azad və ədalətli seçkilərə məhdudiyyət qoyulmasına görə qınamaq dayandırılacaq. Bundan əlavə, hesabatlarda insan haqları təşkilatlarının ciddi təqib edilməsi, qaçqınların və ya qaçqın statusu almaq istəyənlərin işgəncə və ya təqiblərlə üzləşdiyi ölkələrə məcburi deportasiya edilməsi halları daxil edilməyəcək.
Yeni hesabatlarda internetdə azadlığa ciddi məhdudiyyətlər, LGBT icmasına qarşı zorakılıq və ayrı-seçkilik, həmçinin eksklüzivlik siyasətinə istinadlar istisna ediləcək.
Dəyişikliklər hesabatı "adekvatlaşdırmaq" üçün lazımdır.
Dünya ölkələrində insan haqları praktikasına dair illik hesabatların dərc edilməsi Dövlət Departamentinin qanuni vəzifəsidir. Hesabatlarda yer alan məlumatlar ənənəvi olaraq ABŞ Konqresi xarici ölkələrlə hərbi əməkdaşlıq və onlara yardım göstərilməsi ilə bağlı qərarlar qəbul edərkən nəzərə alınır.
Dövlət Departamentinin rəsmiləri NPR-nin hesabatını şərh etməyiblər.
Aydın
Şərhlər