Arkoz Travertin-Mərmər Zavodunun xeyli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu 149 467,68 manatdır.
Zavod 2006-cı ildə qeydiyyata alınıb. Həmin vaxt "Gəmiqaya Travertin Sənaye Kompleksi" MMC adlanıb.
2008-ci ildə zavodun adı "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" MMC-yə dəyişdirilib. Nəhayət, 2023-cü ildə şirkət indiki adı ilə adlandırılmağa başlanıb.
Arkoz Travertin-Mərmər Zavodunun nizamnamə kapitalı 24 048 249 manatdır. Zavodun rəhbəri isə Abışov Səfiyar Süleyman oğludur.
Sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib.
Seyid
Şərhlər