Xəbər lenti

Meneceri açıqladı: Mahir Emrelinin
İdman 19:19 18.04.2025

Meneceri açıqladı: Mahir Emrelinin "Nürnberq"də qalacağı real deyil

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin hazırkı durumda Almaniyanın "Nürnberq" klubunda qalması real görünmür.

Bu barədə Teleqraf-a 28 yaşlı hücumçunun meneceri Mateuş Ojoq açıqlama verib.

Polşalı funksioner Emrelinin "Nürnberq"lə yeni müqavilə üçün danışıqlara başladığına dair Almaniya mətbuatının iddialarını təkzib edib. O, hələlik müştərisinə real təkliflərin olmadığını bildirib: "Mətbuatda yazılanlara əsasən, Almaniyanın "Herta" klubu Mahirlə maraqlanır. Amma bu və buna bənzər digər xəbərlər şayiələrdir. Hazırda heç bir rəsmi təklif yoxdur".

Ojoq mövsümün sonunda "Nürnberq"lə müqaviləsi başa çatacaq Emrelinin gələcəyi ilə bağlı seçim etməkdə sərbəst olduğunu söyləyib. Lakin meneceri futbolçunun Azərbaycana dönüşünə inanmadığını vurğulayıb: "Bu məsələdə qəti mövqe ortaya qoymaq çətindir. Şərtlərdən asılı olaraq, müəyyən qərarlar qəbul olunması istisna deyil. Amma indiki məqamda Azərbaycana qayıdış mümkünsüzdür".

Qeyd edək ki, Mahir Emreli 2024-cü ilin yayında Almaniya II Bundesliqa təmsilçisi "Nürnberq”lə bir illik müqavilə imzalayıb. Qışda onun Bundesliqa klubundan ayrılıb, Cənubi Koreya"Seul”na keçəcəyi gözlənilsə də, transfer baş tutmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->