Xəbər lenti

İslandiyadan Çiliyə qədər: Yay tətili üçün ən sərin 12 istiqamət
Dünya 23:40 18.04.2025

İslandiyadan Çiliyə qədər: Yay tətili üçün ən sərin 12 istiqamət

Son illərdə Yunanıstan, İspaniya və İtaliya kimi yayda populyar olan ölkələrdə müşahidə olunan ekstremal istilər turistləri tətil vərdişlərini dəyişməyə vadar edir. İsti hava səbəbilə hər üç turistdən biri artıq səyahətdən imtina etdiyini etiraf edir. Bu səbəbdən yay aylarında sərin iqlimə malik tətil məkanları daha çox diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük turizm nəşriyyatlarından biri olan "Lonely Planet" ekspertləri yayda tətil etmək istəyən, lakin isti hava şəraitindən qaçmaq istəyənlər üçün ideal istiqamətləri açıqlayıb.

Avropada isti havalardan sığınmaq üçün ən uyğun yerlər Skandinaviya ölkələridir. İslandiya, İsveç, Norveç və Finlandiya kimi şimal ölkələrində yayda hava xeyli sərin olur. Həmçinin, bu bölgələrdə yayda gün işığının uzun çəkməsi turistlərə gec saatlara qədər gəzmək imkanı yaradır.

Digər tərəfdən, Cənub yarımkürəsində yerləşən ölkələrdə iyun–avqust aylarında qış fəsli hökm sürdüyündən, bu ölkələr də yay tətili üçün sərin alternativlər kimi tövsiyə olunur. Buraya Cənubi Amerika, Afrika və Okeaniya ölkələrinin bir çoxu daxildir.

Yay tətili üçün ən yaxşı sərin istiqamətlər:

1. Vermont yarımadası, Miçiqan, ABŞ
2. Meksiko, Meksika
3. İslandiya
4. İsveç, Norveç və Finlandiya
5. İrlandiya
6. Sakit okeanın şimal-qərb sahilləri, ABŞ
7. Hokkaydo, Yaponiya
8. Arekipa, Peru
9. Tasmaniya, Avstraliya
10. Medellin, Kolumbiya
11. Keyptaun, Cənubi Afrika
12. Patagoniya (Çili və Argentina)

Bu istiqamətlər sərin havası ilə yanaşı, zəngin mədəniyyəti, füsunkar təbiəti və geniş turizm imkanları ilə də seçilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->