Xəbər lenti

Bütün dünyanı gəzən, 2 mindən çox məkan gərən turist Avropanın ən yaxşı şəhərini açıqladı
Dünya 09:00 20.11.2025

Bütün dünyanı gəzən, 2 mindən çox məkan gərən turist Avropanın ən yaxşı şəhərini açıqladı

Danimarkalı turist Henrik Yeppesen dünyanın bütün ölkələrini ziyarət edən və 2000-dən çox lokasiyada olmuş səyahətçidir. İndi o, Avropanın ən yaxşı şəhərini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun fikrincə, bu şəhər populyar Paris və ya Barselona deyil, Estoniyanın paytaxtı Tallinndir. O vurğulayıb ki, Tallin çox dəyərləndirilməyən şəhərdir və Avropaya gələn turistlər çox vaxt onu nəzərə almırlar.

"Mirror" nəşrinə açıqlamasında Yeppesen Tallinni bu qədər xüsusi edən məqamları izah edib:

"Əvvəla, o çox ucuzdur... Üstəlik, UNESCO Dünya İrsi Siyahısında yer alan Köhnə Şəhər var. Mənim fikrimcə, bu, dünyada ən yaxşı Köhnə Şəhərdir, və mən çox səyahət etmişəm. Sadəcə küçəyə çıxırsan və sanki başqa bir dünyaya düşürsən – qədim binalar gözəl qorunub və atmosfer başqa heç bir yerə bənzəmir".

Onun sözlərinə görə, Köhnə Şəhərdə bir neçə günü asanlıqla keçirmək mümkündür, restoranda nahar isə cəmi 5 avroya başa gəlir. O, həmçinin əla yerli mətbəxi və "hər biri ayrı bir macəra olan gözəl memarlığa malik çoxsaylı restoranları” qeyd edib.

Turist bildirib ki, Tallində yalnız Köhnə Şəhər deyil, mükəmməl parklar, möhtəşəm yeməklər olan bazar, müasir ticarət mərkəzləri, muzeylər, görməli yerlər və şəhərə yaxın yerləşən bir şəlalə də var.

"Burada xoş bir atmosfer hökm sürür, şəhərdə gəzərkən sanki başqa bir dünyaya düşürsən. Mən orada yayda olmuşam və turistlərin azlığına təəccüblənmişəm. Məncə, bu, həqiqətən də seçilən bir şəhərdir”, deyə o vurğulayıb.

Henrik həmçinin Tallinin havasının keyfiyyətini xüsusi qeyd edib:

"Burada, yəqin ki, bütün şəhərlər – ən azı paytaxtlar – arasında ən yaxşı hava var. Hətta düşünürəm ki, Avropanın böyük şəhərləri arasında da ən yaxşısıdır".

Yeppesen Tallin Kartasının rahatlığını da qeyd edib – bu kart turistlərə ictimai nəqliyyatdan pulsuz istifadə, həmçinin bir çox muzey və tarixi məkanlara pulsuz və ya endirimli giriş imkanı yaradır.

Bundan başqa, şəhərə yaxın yerləşən bir neçə ada da var – məsələn, Saaremaa və Hiiumaa, həmçinin böyük ağ qumlu çimərlikləri ilə məşhur olan Pärnu, Estoniyanın "yay paytaxtı”. "Bura xüsusilə yayda ziyarət etmək üçün əla yerdir”, deyə turist əlavə edib.

Şəhərin başqa bir üstünlüyü – insanlarının mehribanlığıdır. O, 2014-cü ildə gecə vaxtı şəhərdə azdığını və tanımadığı insanların ona kömək edərək onu maşınla otelinə çatdırdığını xatırlayıb.

"Avropanın hansı paytaxtında küçədə kimsədən sizi aparmağı xahiş edə bilərsiniz? Düşünmürəm ki, Londonda bu mümkün olsun. Tallin haqqında çox gözəl xatirələrim var”, deyə o bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->