Boliviya və İslandiyanı çıxmaq şərti ilə digər ölkələrin dövlət orqanlarında cəmi 26 faiz qadın işləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Qadınlar Təşkilatının Gürcüstan üzrə nümayəndəsi və Cənub Qrupu ilə əlaqələndiricisi Kaori İşikava BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında çıxışı zamanı deyib.
O, Azərbaycanın gender bərabərliyinin təşviqini bütün sahələrdə həyata keçirdiyini bildirib: "Artıq qadınlar parlamentlərdə də var. Onlarla bağlı ayrı-seçkilik olmamalıdır. Bizim bu sahədə işimiz İndoneziya və Mərakeşdə təşkil olunur".
Şərhlər