Yaponiya sahil yerləşimli Type 88 (SSM-1) gəmi əleyhinə raket komplekslərinin Filippinə ixracını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mainichi Shimbun" məlumat yayıb.
Qeyd olunur ki, may ayının əvvəlində Yaponiya müdafiə naziri Koidzumi Sindziro Filippinə səfər edib. Səfər zamanı o, Filippin və ABŞ arasında keçirilən ən iri illik hərbi təlimlərdən biri olan Balikatan 2026-nı izləyib.
Təlimlər çərçivəsində Yaponiya Silahlı Qüvvələrinə məxsus Type 88 sahil kompleksi cüt raket buraxılışı həyata keçirib və dənizdəki hədəf gəmini məhv edib.
Nəşrin məlumatına görə, 15 mayda Koidzumi mətbuat konfransında gəmi əleyhinə sistemlərin ixracı ilə bağlı hələ yekun qərarın verilmədiyini bildirib. Bununla belə, o, Müdafiə Nazirliyində bu məsələnin müzakirə olunduğunu təsdiqləyib.
"Militarnyi"nin yazdığına görə, Type 88-in mümkün ixracı ilə bağlı məlumat Yaponiya apreldə "Müdafiə avadanlığı və texnologiyalarının ötürülməsi üzrə üç prinsip”i yenidən nəzərdən keçirdikdən sonra ortaya çıxıb. Dəyişikliklərdən sonra xüsusi tərəfdaş siyahısına daxil olan ölkələr Yaponiyadan ölümcül silahlar ala biləcək. Bu siyahıya Asiya-Sakit okean regionunda Yaponiyanın əsas müdafiə tərəfdaşlarından biri olan Filippin də daxildir.
Yaponiya 80 ildən sonra ilk dəfə tank ixrac edə bilər
Xatırladaq ki, daha əvvəl Filippinin Yaponiyanın ağır hərbi texnikasını alan ilk ölkə ola biləcəyi bildirilmişdi. Tokio Filippinə Type 10 döyüş tankları və Type 16 təkərli zirehli maşınlar verməyi planlaşdırır.
Razılaşma baş tutarsa, bu, İkinci Dünya müharibəsindən sonra Yaponiyanın ilk tank ixracı olacaq.
Aydın
Şərhlər