Xəbər lenti

Hamat Bax: Bakıda mənzil tikintisi sahəsində çoxlu müsbət dəyişikliklər var
Ölkə 18:05 17.05.2026

Hamat Bax: Bakıda mənzil tikintisi sahəsində çoxlu müsbət dəyişikliklər var

Bakıda mənzil tikintisi sahəsində çoxlu müsbət dəyişikliklər var.

Bu barədə "Report"a Qambiyanın torpaq resursları, regional idarəetmə və dini işlər naziri Hamat Bax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində bildirib.

"Mən mənzil tikintisi sahəsində çoxlu müsbət dəyişikliklər gördüm. Azərbaycan sakinlərinə öz mənzillərinə sahib olmağa imkan verən çoxlu yeni binalar tikilib", - nazir qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq forumun Bakıda keçirilməsi vacib qərardır, çünki digər ölkələr şəhərsalma və mənzil siyasəti sahəsində Azərbaycanın təcrübəsini öyrənə bilərlər.

Hamat Bax, həmçinin Azərbaycanda beynəlxalq tədbirlərin təşkilinin yüksək səviyyədə olduğunu vurğulayıb. O xatırladıb ki, 2017-ci ildə ölkəyə səfər edib və o zaman da paytaxtın dinamik inkişafını müşahidə edib.

"Azərbaycan həmişə çox güclü ölkə olub və bu cür tədbirləri son dərəcə səmərəli şəkildə təşkil edir", - o əlavə edib.

Nazir qeyd edib ki, indiki forum iki il əvvəl Qahirədə keçirilən konfransda, eləcə də bu yaxınlarda Nayrobidəki görüşdə başlanmış müzakirələrin davamı olub.

Onun sözlərinə görə, iştirakçılar əvvəllər qəbul edilmiş qərarları möhkəmləndirmək və onların gələcək icrası üçün birgə mexanizmlər işləyib hazırlamaq niyyətindədirlər.
--> -->