Xəbər lenti

BOS-da Azərbaycan və BMT bayraqları qaldırıldı (FOTO)
Ölkə 15:40 17.05.2026

BOS-da Azərbaycan və BMT bayraqları qaldırıldı (FOTO)

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda (BOS) Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Bayraqların qaldırma mərasimi sessiyanın rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha göstərir.
 


--> -->