Xəbər lenti

Bu ölkənin prezidenti keçmiş sevgilisi ilə səhnəyə çıxdı, rok oxudu (VİDEO)
Video 17:46 29.01.2026

Bu ölkənin prezidenti keçmiş sevgilisi ilə səhnəyə çıxdı, rok oxudu (VİDEO)

Argentina prezidenti Xavyer Miley seçki kampaniyası dövründə dövlət xərclərini kəsməyi simvolizə edən elektrik mişarı ilə tez-tez gündəmə gəlmişdi. Bu dəfə isə Mileyin əlində mişar yox, mikrofon görünüb. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı gözlənilməz səhnə şousu ilə dünya gündəminə düşüb. O, keçmiş sevgilisi, müğənni Fatima Florezin konsertində səhnəyə çıxaraq rok oxuyub.

Miley Fatima Florezin Mar-del-Platada yerləşən Gran Rex Teatrında verdiyi konsertdə səhnəyə çıxıb. Onlar birlikdə rok duet ifa ediblər.

Konsertin əvvəlində tamaşaçılar arasında yer alan Miley bir müddət sonra səhnədə Florezə qoşularaq "Ratones Paranoicos” qrupunun "Rock del Gato” mahnısını səsləndirib.

Gözlənilməz çıxışı ilə ölkədə böyük rezonans doğuran dövlət başçısı ifadan sonra tamaşaçılara təşəkkür edib.

Xavyer Miley 2025-ci ilin oktyabrında Buenos-Ayresdə yerləşən "Movistar Arena”da da səhnəyə çıxmışdı. Yeni kitabının təqdimatı məqsədilə təşkil olunan rok konsertində o, 15 min nəfərlik auditoriya qarşısında 1980-ci illərin Argentina rok klassiklərindən ibarət doqquz mahnı ifa etmişdi.

Aydın
--> -->