Xəbər lenti

Bu əmək pensiyalarının ödənişi üçün dövlət büdcəsindən maliyyə ayrılacaq
Ekonomiks 14:25 07.04.2025

Bu əmək pensiyalarının ödənişi üçün dövlət büdcəsindən maliyyə ayrılacaq

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir.

Teleqraf xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq.

Təklif olunan dəyişiklik qəbul olunacağı halda, yeni qaydanın tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->