Xəbər lenti

AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu
Ekonomiks 12:08 07.04.2025

AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

Bank sektorunda zəngin idarəetmə təcrübəsinə malik peşəkar kadr Aslan Nəbiyev AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Aslan Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alaraq "Maliyyə və kredit” ixtisası üzrə ixtisaslaşıb. Bank sektorundakı fəaliyyətinə 2007-ci ildə başlayan Aslan Nəbiyev, bu müddət ərzində mikrokreditləşmə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və filial idarəçiliyi sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışaraq dərin peşəkar bilik və təcrübə qazanıb. Aslan Nəbiyev "Bank of Baku"da 6 il filial direktoru, ardınca 7 il Mikro və KOS kreditlər departamentinin direktoru vəzifələrində çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->