Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.
"Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.
09:26
Xəbər verdiyimiz kimi, vəziyyəti ağırlaşan Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Modern.az Xalq artistinin son durumunu öyrənmək üçün Mərkəzi Klinika ilə əlaqə saxlayıb.
Xəstəxanadan bildirilib ki, Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib.
"Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir", - açıqlamada qeyd olunub.
Şərhlər