Alimlər hesab edirlər ki, Argentinanın And dağlarının yüksək dağlıq bölgələrində yaşayan insanlar içməli suda olan arsenə (D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element) qarşı qeyri-adi genetik uyğunlaşma inkişaf etdiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Descopera.ro" yazır.
Məlumata görə, Argentinada dəniz səviyyəsindən təxminən 3775 metr yüksəklikdə yerləşən San-Antonio-de-los-Kobres şəhəri ən azı 7000 ildir məskunlaşıb. 2012-ci ilə qədər yerli quyuların suyunda arsenin miqdarı litr başına təxminən 200 mikroqram olub ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 20 dəfə çoxdur.
Uppsala Universitetinin alimləri Karina Şlebüş və Lusi Qattepayenin rəhbərliyi ilə aparılan tədqiqat göstərib ki, yerli sakinlər uzunmüddətli təsirə baxmayaraq, arsenin ən təhlükəli ara forması olan monometilarsonitin daha azını, orqanizmdən daha asan xaric olunan dimetilarsonitin isə daha çoxunu istehsal edirlər. Bu isə arsenin emalının olduqca effektiv olduğunu göstərir.
Tədqiqatçılar San-Antonio-de-los-Kobresdən olan 124 qadının DNT-sini analiz edərək arsen metabolizmi ilə əlaqəli "AS3MT" geni yaxınlığında genetik variasiyalar aşkar ediblər. Bu variasiyaların Argentinadakı əhali arasında Peru və Kolumbiyadakı genetik cəhətdən yaxın qruplarla müqayisədə daha geniş yayıldığı müəyyən edilib.
Aydın
Şərhlər