Xəbər lenti

Ancelina Colidən şok etiraf:
Maqazin 23:55 29.07.2024

Ancelina Colidən şok etiraf: "Özümü öldürtdürmək üçün killer tutmuşdum"

Bred Pittlə uzun sürən məhkəmə çəkişməsinə son qoymaq istəyən məşhur amerikalı aktrisa Ancelina Coli açıq şəkildə özünə qatil tutduğunu bildirib. Hollivud ulduzu onu belə bir qərara nə vadar etdiyini və bunun nə vaxt baş verdiyini açıqlayıb.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, sənətçinin sözlərinə görə, 22 yaşında intihar etmək istəyib. Sonra həyatında çətin bir dövr olub. O, ölümündən sonra qohumlarının sağ qalmasının daha asan olacağına inandığı üçün öldürülmək istəyirmiş.

Bu çılğın səslənəcək, amma vaxt var idi ki, məni öldürmək üçün birini işə götürəcəkdim

"Bu, çılğın səslənəcək, amma vaxt var idi ki, məni öldürmək üçün birini işə götürəcəkdim", deyə Ancelina 2001-ci ildə baş verən hadisədən danışıb.

Daha sonra məşhur "The Face"ə verdiyi müsahibədə özü üçün necə qatil axtardığını danışıb. O, intihar etmək istəməyib, çünki anasının buna görə özünü günahlandıracağına inanıb.

"Nyu Yorkda killer tapmaq o qədər də çətin deyil. Nə qədər çılğın səslənsə də, düşünürəm ki, bir çox insan gənc olanda intihar haqqında düşünür. Buna görə də mənim bu məsələdə həll yolum o idi ki, başqası həyatıma son qoysun. Məsələn, soyğunçuluq zamanı bu, qətl baş versin və heç kim hiss etməsin ki, mən intihar etmişəm", deyə aktrisa bildirib.

Coli özünə qatil tapmağı bacarıb və artıq ödənişi ona göndərməyi planlaşdırırmış. Ulduz məbləğin çox böyük olduğunu gizlətməyib, amma dəqiq rəqəm açıqlamayıb. O, pulu killerin bank hesabına köçürmək istəyəndə kişi pulu götürməyib və cavabı ilə Ancelinanı təəccübləndirib. O, aktrisadan qətli bir müddət gözləməsini istəyib.

"O, kifayət qədər layiqli insan idi və soruşdu ki, iki ay sonra yenidən düşünüb ona zəng edə bilərəmmi? Həyatımda nəsə dəyişdi və mən buna dözməyə qərar verdim", deyə Hollivud ulduzu etiraf edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->