30 yanvar 1975-ci ildə Mərmərə dənizinə düşən və 42 nəfərin həyatını itirdiyi qəzadan bu günədək təyyarənin qalıqları tapılmayıb. "Türk Hava Yolları"na məxsus "Bursa" adlı "Fokker F-28" tipli sərnişin təyyarəsinin qalıqlarının aşkar edilməsi istiqamətində işlər davam etdirilir.
Qaynarinfo xəbər verir ki, uzun müddətdir qalıqları axtaran sosial media fenomeni Nedim Kuru və komandası beşinci dəfə həyata keçirdikləri sonar skanında bu dəfə təyyarəyə aid olduğu ehtimal edilən alüminium parçaları görüntüləyiblər.
Nedim Kuru və komandası bu gün beşinci dəfə Mərmərə dənizinin Böyükçekmece və Ambarlı sahilləri yaxınlığında araşdırma aparıblar. Sualtı dron vasitəsilə dənizin dibində sonar və dib skanı həyata keçirilib.
Aparılan axtarışlar zamanı təyyarəyə aid olduğu düşünülən alüminium hissələr qeydə alınıb. Eyni zamanda, Nedim Kuru Mərmərə dənizində xatirə abidəsi ucaldılması üçün İstanbul Valiliyinə müraciət etdiyini bildirib.
Daha əvvəl axtarış işləri məhdud qalmışdı
Qəza nəticəsində həlak olanlar arasında baş məşqçi Fatih Terimin qayınatası Kamuran Aksu və müğənni Seyyal Tanerin stüardessa bacısı da olub. Həmin dövrdə texnoloji imkanların məhdudluğu səbəbindən qalıqlar rəsmi şəkildə çıxarıla bilməmiş, axtarış işləri isə məhdud səviyyədə aparılmışdı.
"7 saat axtarış apardıq, yeni hissələr görüntülədik”
Beşinci dəfə Mərmərə dənizində sualtı dronla həyata keçirilən əməliyyat barədə məlumat verən Nedim Kuru bildirib: "Türk Hava Yolları"na məxsus "Bursa" adlı və 42 sərnişini ilə birlikdə qəzaya uğrayan təyyarə ilə bağlı beşinci dalış əməliyyatını həyata keçirdik. 7 saat ərzində təyyarənin düşdüyü ərazidə sualtı dron vasitəsilə axtarış apardıq və qalıqlara aid digər hissələri görüntülədik. Görüntülər arasında təyyarəyə aid olduğunu düşündüyümüz alüminium parçaları da müəyyən etdik".
Aydın
Şərhlər