Xəbər lenti

51-ci bölgənin yeni sirri: Bu müəmmalı üçbucaq qüllə haradan çıxdı?
Ekonomiks 09:38 15.04.2025

51-ci bölgənin yeni sirri: Bu müəmmalı üçbucaq qüllə haradan çıxdı?

ABŞ-da "yadplanetlilər bazası" kimi tanınan və dövlət tərəfindən icazəsiz giriş-çıxışların tamamilə qadağan edildiyi 51-ci bölgədə qəribə bir qüllənin olduğu üzə çıxıb. Bəs bu, həqiqətən də yadplanetli texnologiyası ola bilərmi?

Dünyamız bəşəri idrakı aşan qəribəliklərlə doludur. İndi isə bu qəribəliklər siyahısına daha bir yeni nümunə əlavə olunub. 

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Nevada səhrasında hər kəsin marağını çəkən müəmmalı üçbucaq formalı bir tikili aşkar edilib. Bu qəribə quruluş, məşhur 51-ci bölgənin yaxınlığında yerləşir və internetdə yayılan görüntüləri saysız-hesabsız fərziyyələrə yol açıb.

Las-Veqasdan təxminən 130 kilometr şimal-qərbdə yerləşən bu üçbucaq qüllə ilk dəfə "Google Maps"də fərq edilib. Görüntülərin yayılmasından sonra sosial media istifadəçiləri arasında bu tikilinin nə ola biləcəyi barədə qızğın müzakirələr başlayıb. Bəziləri bunu adi bir göydələn hesab edərkən, digərləri bunun gizli bir yadplanetli anlaşması nəticəsində tikilmiş yüksək texnologiyalı bir "enerji cihazı" olduğunu iddia edirlər. Daha cəsarətli iddialara görə isə bu tikili, əslində bir kosmik gəmidir.
 


51-ci bölgə: ABŞ Hərbi Hava Qüvvələrinə məxsus gizli obyekt

Qüllənin yerləşdiyi ərazi - 51-ci bölgə - ABŞ Hərbi Hava Qüvvələrinə məxsus son dərəcə məxfi hərbi obyekt kimi tanınır. Tarix boyu bu bölgə tez-tez UNO nəzəriyyələri və müxtəlif konspirasiya hekayələri ilə əlaqələndirilib. Bu səbəbdən, yalnız UNO həvəskarlarının deyil, eyni zamanda nəzəriyyəçilərin də diqqət mərkəzində qalmağa davam edir.

Lakin əsas suallar bu bölgənin öz sirrindən daha uzağa gedir: ABŞ, 51-ci bölgənin məxfiliyini qorumaq üçün bu qədər böyük səylər göstərirsə, bu tikili necə olub ki, "Google Maps"də açıq şəkildə görünə bilir? Əgər burada həqiqətən bir kosmik gəmi və ya yadplanetli texnologiyası varsa, bu cür görüntülər bulanıqlaşdırılmalı deyildimi?

Bəzi müşahidəçilər bu görüntülərin açıq saxlanılmasının bilərəkdən edildiyini düşünürlər. Ola bilər ki, bu sadəcə sıradan bir memarlıq nümunəsidir; ola bilər ki, ABŞ hökumətinin diqqəti yadplanetlilərlə bağlı müzakirələrə yönəltmək üçün həyata keçirdiyi bir strateji plandır. UNO tədqiqatçıları hesab edirlər ki, hökumət cəmiyyəti tədricən yadplanetlilərin varlığı fikrinə alışdırmağa çalışır. Onlara görə, bu cür "açıq qapı" görüntüləri təqdim etməklə genişmiqyaslı bir hazırlıq prosesi həyata keçirilir.

Bu baxımdan, Nevada səhrasında yerləşən bu qəribə qüllə yalnız maraq doğuran memarlıq elementi olmaqla qalmaya, həm də insanlıqla kosmos arasında əlaqə qurmağa yönəlmiş daha genişmiqyaslı bir planın tərkib hissəsi ola bilər. Bu iddialar və suallar, görünür ki, daha çox araşdırma və müzakirələrə yol açacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->