Xəbər lenti

Zelenski niyə Avropa liderlərini yox, Ərdoğanı seçdi? (ŞƏRH)
Dünya 13:50 18.02.2025

Zelenski niyə Avropa liderlərini yox, Ərdoğanı seçdi? (ŞƏRH)

"Görünən odur ki, Zelenski Avropa liderlərinin artıq prosesdə söz sahibi olmadığı qənaətinə gəlib və Ukraynaya indiki məqamda ancaq Türkiyənin dəstək ola biləcəyi fikrini özündə hasil edib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfərini şərh edərkən deyib.

Ekspertin fikrincə, Səudiyyə Ərəbistanında Ukraynanın taleyini həll edən ABŞ və Rusiya heyətlərinin görüşü fonunda Zelenskinin Türkiyə səfəri tərəflərin öz mövqelərini müəyyən etməsi baxımından əhəmiyyət kəsb edir:

"Avropanın aparıcı ölkələrinin liderlərinin də danışıqlardan kənarda qalması və Trampın Avropaya üstdən aşağı baxması Parisə toplaşan liderlərin çıxışlarından göründüyü kimi onları çıxış yolları axtarmağa sövq edib. Avropa liderləri Trampın bu münasibətini qəbul etmək istəmirlər. Zelenski isə müharibənin 3 ili müddətində Ukraynanın taleyi həll edilən Avropa liderlərinin sammitinə getməkdənsə Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın yanına getməyi üstün tutdu. Görünən odur ki, Zelenski Avropa liderlərinin artıq prosesdə söz sahibi olmadığı qənaətinə gəlib və Ukraynaya indiki məqamda ancaq Türkiyə lideri Ərdoğanın dəstək ola biləcəyi fikrini özündə hasil edib".
 


Həmsöhbətimiz qeyd edib ki, Avropa onsuz da Ukraynaya öz maraqları səbəbindən məcbur da olsa, yardım etmək məcburiyyətində qalacaq. Amma Azər Qasımov düşünür ki, indiki situasiyada dünya liderləri arasında Tramp-Putin ikilisinə qarşı təsir etmək imkanları olan yeganə lider ancaq Ərdoğandır: 

"Onlar bu məsələdə ancaq Ərdoğanı özlərinə həmsöhbət hesab edə bilərlər. Əslində Zelenski də bu səfəri etməklə həm Trampa, həm də Avropaya bu mesajı verir. Hesab edirəm ki, səfərin nəticəsi kimi Ukraynanın torpaqları üzərində oynanılan oyunlar Ukrayna dövlətinin maraqlarının böyük ölçüdə qorunduğu bir məcraya qayıdacaq. Ərdoğanın atacağı addımlar buna qadirdir".

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->