Bu gün Xalq artisti Arif Babayevin doğum günüdür.
Xalq artisti Aygün Bayramova Qaynarinfo-ya açıqlamasında ustadının arzularından danışıb.
Onun sözlərinə görə, 86 yaşlı xanəndənin yeganə arzusu doğulduğu Ağdama köçüb orada yaşamaqdır:
"Biz Arif müəllimlə Ağdamda qonşu olmuşuq. Hərdən mənə deyir ki, Aygün, görəsən, Ağdama getmək, orada yaşamaq bizə nəsib olacaqmı. Deyirəm, niyə olmur,
İnşallah gedəcəyik. Arif müəllim deyir ki, qalan ömrümü Ağdamda yaşamaq istəyirəm”.
Aygün Bayramova bildirib ki, həmişə dövlət tərəfindən Arif Babayevə diqqət və qayğı göstərilib:
"Arif müəllim ustad sənətkardır. İndi çox adamlara ustad deyirlər, amma əsl ustad Arif müəllim kimi sənətkarlara deyilməlidir. Onun özünün də bəstələri var, bütün ömrünü Azərbaycan musiqisinin təbliğinə həsr edib. Arif müəllim elə bir sənətkardır ki, ondan nə qədər danışsan bəs etməz. Allah onu arzusuna çatdırsın”.
Bahar Rüstəmli
Şərhlər