Xəbər lenti

Putin kimdir? – Avstraliya Trampın gözünü açmağa çalışdı
Dünya 15:24 20.02.2025

Putin kimdir? – Avstraliya Trampın gözünü açmağa çalışdı

ABŞ-ın təhlükəsizlik sahəsindəki müttəfiqi Avstraliya bəyan edib ki, Rusiya təcavüzkardır və müharibə yalnız Ukraynanın şərtləri əsasında başa çatmalıdır.

Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib ki, müharibə böyük insan itkilərinə səbəb olub, lakin heç bir halda istənilən şərtlərlə sülh əldə oluna bilməz

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir. 

"Müharibə Ukraynanın şərtləri əsasında başa çatdırılmalıdır, çünki bu münaqişədə təcavüzkar Rusiyadır. Burada qlobal qaydalara əsaslanan nizamın bütövlüyü təhlükə altındadır", - o vurğulayıb.  

"Biz bu müharibəyə son qoymaq cəhdlərini alqışlayırıq, lakin bu, istənilən şərtlərlə deyil, yalnız Ukraynanın şərtləri əsasında baş verməlidir. Biz bu məsələdə Ukraynanı dəstəkləməyə davam edəcəyik", – deyə Marlz əlavə edib.  

Nəşr qeyd edir ki, Avstraliya Hind-Sakit Okean regionunda ABŞ-ın mühüm müttəfiqidir və burada Çinin hərbi gücünü artırması əsas narahatlıq mənbələrindən biridir.  

Avstraliyanın mühafizəkar müxalifəti də Trampın Ukrayna ilə bağlı mövqeyini tənqid edib. Liberal Partiyanın lideri Piter Datton Rusiyanın Ukraynaya hücum etdiyi dövrdə Avstraliyanın müdafiə naziri olub. O, Trampın fikirlərinə qarşı çıxaraq deyib:  

"Prezident Tramp səhv edir".  

"Prezident Zelenski və ya Ukrayna xalqının bu müharibəyə başlaması, yaxud hər hansı bir şəkildə buna görə məsuliyyət daşıması fikri tamamilə yanlışdır", – deyə Datton bildirib.  

"Avstraliya Ukrayna xalqı ilə birlikdə möhkəm və qürurla dayanmalıdır. Bu, demokratiyanın və sivilizasiyanın müdafiəsidir. Putin – diktator və qatildir, biz ona bir qarış belə geri çəkilməməliyik", – deyə o vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->