Xəbər lenti

Yankoviç
İdman 22:42 17.10.2025

Yankoviç "Atletik Bilbao"ya qarşı oynayacaq? - Qurban Qurbanovdan açıqlama

"Yankoviçi daha çox oynatmaq istəyirdim".

Oxu.Az xəbər verir ki, bunu "Turan Tovuz" - "Qarabağ" oyunundan sonra Qurban Qurbanov zədədən qayıdan Yankoviçin qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağı barədə suala cavabında deyib.

O bildirib ki, Yankoviçi 30 dəqiqə oynatmağı nəzərdə tutmuşduq:
"Lakin yalnız 15 dəqiqə oynadı. Meydan da sürüşkən idi. Ona görə ehtiyatlandıq. Qarşıda keçirəcəyimiz məşq sessiyalarından sonra onun "Atletik Bilabo" ilə oyunda iştirak edib-etməməsi barədə dəqiq qərar veriləcək".

Q.Qurbanov UEFA Çempionlar Liqasının III turunda "Atletiko Bilbao" ilə keçiriləcək oyun barədə də danışıb:

"Rəqiblə bir az maraqlanmışam, amma tam analiz etməmişik. "Atletik Bilbao" ən dinamik oyun sərgiləyən komandalarından biridir və bu, statistikada da öz əksini tapır. Çalışacağıq ki, öz oyunumuzu oynayaq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->