Xəbər lenti

Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi (SƏRƏNCAM)
Siyasət 18:33 17.10.2025

Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi (SƏRƏNCAM)

Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

Dövlət başçısı həmçinin sərəncam imzalayaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və sərəncamdan irəli gələn digər məsələləri etməyi Nazirlər Kabinetinə tapşırıb.

Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək isə Xarici İşlər Nazirliyi tapşırılıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->