Xəbər lenti

Dörd dəfə evlənən Cennifer Lopez:
Maqazin 20:12 17.10.2025

Dörd dəfə evlənən Cennifer Lopez: "Heç vaxt həqiqətən sevilmədim"

Məşhur müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib. 

Qaynarinfo xəbər verir ki, uğurlu karyerası, böyük şöhrəti, milyonlarla pərəstişkarı və iki övladı olsa da, Lopezin sözlərinə görə, bütün bunlar onu sevgidə xoşbəxt etməyə kifayət etməyib.

Gözəlliyi ilə illərə meydan oxuyan, oynadığı son filmlə tənqidçilərdən tam qiymət alan 56 yaşlı sənətçi sevgi mövzusunda bir daha sarsıdıcı açıqlama verib. O, "Howard Stern" adlı məşhur aparıcının verilişində qonaq olarkən "Həqiqətən sevilmisinizmi?" sualına tərəddüdsüz "Xeyr" cavabını verib.

Lopez bu etirafını belə izah edib:

"Anladığım odur ki, mən sevilməyə layiq olmadığım üçün deyil, qarşımdakı insanların sevə bilmə qabiliyyətləri olmadığı üçün heç vaxt həqiqətən sevilmədim. Onlar sadəcə sevgini bacarmırdılar".

Müğənni dörd dəfə evlənsə də və böyük eşqlər yaşasa da, bu münasibətlərin heç biri uzunömürlü olmayıb. Sonuncu evliliyi Ben Affleklə olub, lakin cütlük iki il əvvəl ayrılıb. Lopez bu münasibətin bitməsini "həyatımda baş verən ən yaxşı şey" kimi dəyərləndirib:

"Son boşanma məni mənəvi bir səyahətə çıxardı. Özümü tanımağa, sevməyə və dəyərləndirməyə başladım".

Cennifer Lopez indi həyatında ən vacib şeyin "özünü sevmək" olduğunu deyir:

"İndi daha çox özümə diqqət edirəm. Kim olduğumu bilirəm və bu şəxsiyyəti sevirəm. Bütün yaxşı və çətin tərəflərimlə özümlə barışmışam".
 
Qeyd edək ki, Cennifer Lopez indiyədək Ojani Noa (1997-1998), Kris Cudd (2001-2002), Mark Antoni (2004-2011) və Ben Affleklə (2022-2025) evli olub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->