Xəbər lenti

ANAMA əməkdaşı olan digər qardaş da dünyasını dəyişdi
Ölkə 21:50 17.10.2025

ANAMA əməkdaşı olan digər qardaş da dünyasını dəyişdi

Beyləqanda baş verən avtomobil qəzasında xəsarət alan ANAMA-nın əməkdaşı olan iki qardaşın digəri də xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, oktyabrın 13-də Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən avtomobil qəzasında ağır xəsarət alan üç nəfərdən biri - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu Bakıda müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sözügedən qəza nəticəsində xəsarət alan Ü.Həşimovun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov hadisədən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->