Xəbər lenti

Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var (VİDEO)
Video 23:55 17.10.2025

Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var (VİDEO)

Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu. Şəhid qardaşı olan Xəqani Qasımov bunu da Rusiyaya getmək istəyərkən öyrənib. Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.

Xəqani Qasımov deyir ki, işə düzəltmək adıyla ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsin də götürüblər.

Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə davam edir. Bir gün də Rusiyada yaşayan qohumlarının yanına gedib orada fəhlə kimi işləmək qərarına gəlir, borc tapıb bilet alır.

Xaqani Qasımovun sözlərinə görə, Dövlət Vergi Xidmətindən ona bildirilib ki, məhkəməyə müraciət etməlidir. Onun isə vəkil tutmağa da pulu yoxdur. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, başqa adamın adına "VÖEN” açmaq qeyri-münmkündür. Bunun üçün ya həmin adam kiməsə etibarnamə verməli, ya da özü idarəyə müraciət edib açdırmalıdır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->