Misli Premyer Liqasında VIII tura bu gün start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Görüş saat 14:30-da start götürəcək. Meydan sahibləri 9 xalla 7-ci pillədə qərarlaşıb. Bütün oyunlarda uduzan Gəncə klubu isə sonuncu - 12-ci sıradadır.
Günün ikinci matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək. Bu qarşılaşma saat 19:00-da başlayacaq. Tovuz klubu 15 xalla çempionatın lideridir. Rəqiblərindən bir görüş az keçirən Ağdam təmsilçisi 13 xalla üçüncüdür.
Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr
14:30. "Şamaxı"– "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu
19:00. "Turan Tovuz" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Azərsun Arena"
Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Şərhlər