Xəbər lenti

Lamin Yamal artıq pulsuz avtoqraf verməyəcək
İdman 21:31 17.10.2025

Lamin Yamal artıq pulsuz avtoqraf verməyəcək

Kataloniya təmsilçisi "Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal yaxın günlərdə azarkeşlərə pulsuz avtoqraf verməyi dayandıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo” nəşri məlumat yayıb.

Xəbərə görə, gənc futbolçu yaxın zamanda imzalayacağı reklam müqaviləsinə əsasən, imzası ilə buraxılacaq eksklüziv məhsulların kommersiya dəyərini qorumaq məqsədilə artıq pulsuz avtoqraflar paylaya bilməyəcək. Müqaviləyə əsasən, "Barselona" klubuna da oyunçunun müəyyən sayda avtoqraflarından klub atributikasının satışı üçün istifadə imkanı veriləcək.

200 milyon avro dəyərində qiymətləndirilən Yamal cari mövsümdə 5 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 2024/25 mövsümündə o, La Liqada 35 oyuna çıxaraq 9 qol və 13 ötürmə ilə yadda qalıb, komanda ilə həm İspaniya çempionluğunu, həm də ölkə kubokunu qazanıb. Bundan əlavə, 2024-cü ildə İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->