Xəbər lenti

100 ölkədə olmuş turist:
Dünya 23:37 17.10.2025

100 ölkədə olmuş turist: "Bu ruhsuz bölgəyə bir də qayıtmaram"

Dubay, Əbu-Dabi və bölgənin digər şəhərləri – Qlobal turistin ən sevmədiyi yerlər

Artıq 30 ildən çoxdur dünyanı gəzən YouTube məzmun yaradıcısı Qabriel Morris 97 BMT üzv dövlətini, eləcə də BMT-yə daxil olmayan Kosovo, Şimali Kipr və Tayvanı ziyarət edib. Lakin onun sözlərinə görə, elə bir yer var ki, ora "bir daha qayıtmayacağına and içib”.

Qaynarinfo "Express”ə istinadla yazır ki, bu haqda Qabriel "Mən 100 ölkədə olmuşam — bəs ən pis yer hansıdır?” adlı videosunda deyib:

"Çox ölkələrdə olmuşam, bəzilərinə dəfələrlə qayıtmışam. Amma dünyada ən sevmədiyim bölgə Fars körfəzi (və ya Ərəb körfəzi)dir”.

O, Səudiyyə Ərəbistanında Ər-Riyad və Ciddə, eləcə də Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (o cümlədən Dubay və Əbu-Dabi) kimi bir çox yerləri gəzib. Lakin bu şəhərlərin heç biri onu valeh etməyib:

"Şəhərlərin kənarında səhrada baxmalı bir-iki yer var, amma çox deyil. Əsasən düz, boş səhradır... Bu şəhərlər mənə sanki ruhsuz, maraqsız və cansıxıcı gəlir”.

Qabrielin sözlərinə görə, onu ən çox məyus edən şəhərlərdə insanların olmaması olub: küçələrdə yalnız avtomobillər var.

"Binalar çox oxşardır, memarlıqda fərqlilik azdır. Yerdə gəzəndə görürsən ki, hər yer geniş prospektlərdir, yolu keçmək çətindir, məsafələr çoxdur. Əylənmək üçün isə, əslində, çox az seçim var — ticarət mərkəzləri və restoranlar. Əksər yerlərdə alkoqol qadağandır, bu da əlavə çatışmazlıqdır”.

O, bu şəhərləri "ruhsuz və bir-birinə bənzər” adlandırıb:

"Əgər məni bu şəhərlərdən birinə buraxsanız və harada olduğumu deməsəniz, Burc Xəlifə kimi tanınan bir abidə görməsəm, hansı şəhərdə olduğumu ayırd edə bilmərəm”.

Bununla belə, Qabriel qeyd edib ki, bu şəhərlər yaşamaq üçün rahatdır – təmiz, sakit və təhlükəsizdir. Lakin yerli mədəniyyətlə təmas qurmağın çətinliyi onun üçün əsas mənfi cəhət olub:

"Bu ölkələrdə rastlaşdığınız insanların çoxu ümumiyyətlə yerli deyil — əsasən Hindistan, Pakistan və Banqladeşdən gələn işçilərdir. Onlar restoranlarda, otellərdə və mağazalarda işləyirlər. Yerli sakinlər isə neft gəlirlərindən dolanır və çox vaxt ümumiyyətlə işləmirlər. Ona görə də turist olaraq onlarla ünsiyyət qurmaq çətindir. Bu da səyahəti bir qədər boş və mənasız edir”.

Əvvəllər 100 ölkə gəzmiş digər səyahətçi Marta Luiz Qarsiya isə öz sevimli yerləri kimi Maldiv adalarını və Fransız Polineziyasındakı Bora-Boranı göstərib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->