Əksər insanlar yatdıqları pozaya çox da fikir vermirlər. Onlar üçün əsas olan səhərə qədər yaxşı dincəlməkdir. Lakin məlum olub ki, yuxu zamanı hansı mövqedə olmağınız sağlamlığınıza ciddi təsir edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə news474daily.com-un materialında deyilir.
Xüsusilə sol böyür üstə yatmaq orqanizm üçün bir sıra faydalı təsirlərlə əlaqələndirilir. Bunun əsas üstünlükləri bunlardır:
1.Mədə yanmasının qarşısını alır
Sol böyrü üstə yatmaq gecə mədə yanmasının və turşu reflyuksunun qarşısını almağa kömək edir. Bu, mədənin yemək borusundan aşağıda yerləşməsi ilə izah olunur ki, nəticədə mədə turşusunun geriyə – yemək borusuna doğru axma ehtimalı azalır.
2.Dalaq və qaraciyərin funksiyalarını yaxşılaşdırır
Dalaq bədənin sol tərəfində yerləşir və qan dövranının yaxşılaşması nəticəsində daha effektiv işləyir. Bu da immun sisteminin güclənməsinə və bədəndən zərərli maddələrin süzülməsinə kömək edir.
Sağ tərəfdə yerləşən qaraciyər isə sol böyür üstə yatdıqda daha az yüklənir, bu da orqanizmdən toksinlərin daha effektiv xaric olunmasına şərait yaradır.
3.Hamilə qadınlar üçün faydalıdır
Hamilə qadınlara xüsusilə sol böyür üstə yatmaq tövsiyə edilir. Bu vəziyyət ürəyin daha effektiv işləməsinə, qaraciyər üzərində təzyiqin azalmasına və üçüncü trimestrdə orqanizmin rahatlaşmasına kömək edir. Sol böyür üstə yatmaq, həmçinin döl üçün qan dövranını yaxşılaşdırır.
4.Bağırsaqların sağlamlığına dəstək olur
Nazik və yoğun bağırsaqları birləşdirən ileoçekal klapan bədənin sol tərəfində yerləşir. Sol böyür üstə yatmaq qida qalıqlarının bağırsaq boyunca təbii yolla irəliləməsini asanlaşdırır, həzmi yaxşılaşdırır və toksinlərin daha tez xaric olunmasına şərait yaradır.
Nə zaman yataq pozasını dəyişmək lazımdır?
Sol böyür üstə yatmağın bir sıra üstünlükləri olsa da, fərdi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Məsələn, çiyin ağrısı və ya narahatlıq hiss edirsinizsə, başqa bir pozanı sınamaq tövsiyə edilə bilər. Ən əsas olan isə – rahat və keyfiyyətli yuxu təmin etməkdir.
Alpər
Şərhlər